image-reklam-veteninfo
image-photo-2022-04-26-22-45-36backend

Xalqımızın birliyi

image-reklam-veteninfo

Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.

 

Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı.

ikinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin hərbi gücünü və müasirliyini, azərbaycan xalqının iradəsini və birliyini göstərdi. Bu mübarizə azərbaycan xalqının torpaqlarını itirməsi ilə heç vaxt barışmayacağının sübutu idi. Azərbaycan Silahlı Qüvvələri 44 gün davam müharibə ərzində bir addım belə geri çəkilmədi və mübarizəsini davam etdirdi. Biz bu qələbəyə Azərbaycan şanlı Silahlı Qüvvələrinin, Azərbaycan rəhbərliyinin və xalqımızın birliyi hesabına nail olduq. Çətin relyef şəraitində düşmənə qarşı mübarizə aparan Müzəffər Azərbaycan Ordusu peşəkarlıq, məharət, güc və hərbi elm sahəsində düşməni torpaqlarımızdan qovmağa nail oldu. 27 sentyabr 2020-ci ildə başlanan və azərbaycanlıların qələbə coşğusu ilə davam edən, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin imzaladıqları təslimolma – kapitulyasiya sənədi ilə başa çatan İkinci Qarabağ –Vətən Müharibəsi azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun iqtisadiyyatının, daxili və xarici siyasətinin, hərbi qüdrətinin və beynəlxalq münasibətdə mövqeyinin vəhdətinin nəticəsi idi. Azərbaycan dövləti XXI əsrin müharibəsini apardı, hərb sənətinə, bunu seyr edən dövlətlərə, həbiçilərə böyük bir örnək və dərs vermiş oldu. Bu gün artıq dünyanın aparıcı hərb məktəblərində İkinci Qarabağ Müharibəsindəki uğurlu əməliyyatlar və şanlı qələbəmizin sirri öyrənilir. 44 günlük müharibənin gedişində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqı qarşısında vaxtaşırı çıxış etməsi, dünya dövlət rəhbərlərinə və mediyalarına beynəlxalq normalar çərçivəsində cavab verməsi, siyasi sabitlik və vətəndaş birliyinə nail olması, siyasi və beynəlxalq müstəvidə qələbənin Azərbaycan dövlətinin xeyrinə nəticələnməsini təmin etdi.

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Hümbətli Firuzə

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki