image-img-20211226-wa0001backend

Xalqın dəstəyinə arxalanan Prezident

image-reklam_sirab_01

Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünün 60 illik yubileyini Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində işğaldan azad edilən Qarabağ torpağında qeyd edib. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak edən Prezident müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan edib.
Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir. Qarabağın mərkəzində, mühüm strateji əhəmiyyət daşıyan Hadrut qəsəbəsində yeni tipli hərbi hissənin açılışı da bu işlər sırasındadır. Bu hərbi hissədə şəxsi heyətin xidməti və yaşayışı üçün hər cür şərait yaradılıb.
Hərbi hisənin açılışında Prezidentin qeyd etdiyi kimi bu gün ölkədə hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Cari ilin sonuna qədər isə daha 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir.
Qeyd edilib ki, Azərbaycanda müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər isə artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar əsasında Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə gəlmişdir. Ölkə başçısının Şuşaya növbəti səfəri Prezident İlham Əliyevin 60 illik yubileyinə təsadüf edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edərək sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda – Şuşada keçirib.
18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir. Prezidentin qeyd etdiyi kimi “Bu dəstək iradəmi möhkəmləndirir və bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”

Fəqan Nəsibov – Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədr müavini, ehtiyatda olan mayor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki