image-296d7af8-1761-4ca1-9350-6cacd5cc7a97backend

Xalqın etimadını və rəğbətini qazanmış Prezident

image-reklam_sirab_01

Son 19 ildə ölkəmizdə həyata keçirən uğurlu daxili və xarici siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirib. Regionlara, eləcə də xarici ölkələrə səfərləri zamanı sadə vətəndaşlar, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla görüşüb onların problemləri ilə yaxından maraqlanan Prezident İlham Əliyev məhz bu keyfiyyətlərinə görə hər bir azərbaycanlının etimad və rəğbətini qazanıb.

Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi dövrdən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramların icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Ölkədə 1 milyondan artıq yeni iş yerinin yaradılması əhalinin həyat tərzinin yüksəldilməsində və gələcəyə olan inamın möhkəmləndirilməsində mühüm rol oynadı. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ölkəmizdə keçirilən prezident seçkilərində xalq dövlətimizin başçısına inandığını və güvəndiyini seçki məntəqələrində səsvermə ilə sübut edib.

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra həyata keçirilən islahatlar nəticəsində Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir.

Həyata keçirilən xarici siyasət kursunun prioritetini Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edib. Dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiya, o cümlədən Ermənistanın qeyri- konstruktiv mövqeyi, işğal siyasətindən əl çəkməməsi və “böyük Ermənistan” iddiası münaqişənin 30 ilə axın bir müddətdə davam etməsinə rəvac verdi. Ancaq bu müddət ərzində Qərbin bir sıra qərəzli dairələrinin təzyiqlərinə baxmayaraq, dövlətimizin başçısı geriyə çəkilmədi və ərzi bütövlüyümüzün təmin olunması yolunda prinsipial və qətiyyətli mövqeyini sona qədər davam etdirdi. Nəticədə 2020-ci il Azərbaycanın tarixinə Qələbə ili kimi həkk olundu. Eyni zamanda, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradı bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini, xalqımızın siyasi iradəsini, dövlət başçımızın qətiyyətini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki