image-reklam-veteninfo
image-photo-2022-04-24-23-16-38backend

Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix.

image-reklam-veteninfo

Qırğızıstan- dağlıq ölkə olub, türk dünyasının ən hündür nöqtəsi olan Qələbə piki Tyan-Şan dağlarında yerləşir. Ölkə polimetal, civə, sink, qurğuşun, qızıl, daş kömür, mərmər, neft, qaz ehtiyatları ilə zəngindir.Burada iqlim əsasən mülayim, qismən isə subtropikdir. Təbii artım yüksək olsa da, sıxlıq çox azdır. Əhali əsasən kəndlərdə yaşayır və sənayedə əsas rolu maşınqayırma oynayır. Eyni zamanda əlvan metallurgiya da yaxşı inkişaf edib. Qırğızıstan Mərkəzi Asiyada ən az pambıq becərən ölkə kimi bilinməkdədir, çünki oranın əsasən dağlıq və iqlimin soyuq olmasıdır. Heyvandarlığın əsas sahələri olaraq qoyunçuluq, maldarlıq və atçılıq inkişaf etmişdir. Dağlıq göllər içərisində dünyada 2-ci yer tutan Issık-kul gölü burada yerləşir və böyük turizm əhəmiyyətinə malikdir.
Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə gedib çıxır.Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa həm də bu xalqları dil və din eyniliyi də birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvarın 19-u başlamışdır və hələ də davam etməkdədir. Qırğızıstan-Azərbaycan münasibətləri hal-hazırda ən yaxşı səviyyəyə çatmışdır. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 20 aprel 2022-ci ildə Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Bu səfər hər iki dövlət üçün ən yaxşı nəticələri ilə yadda qaldı.Səfər çərçivəsində bir sıra qərarlar qəbul olunmuş, müxtəlif mövzularda müzakirələr aparılmışdır.Ən mühim addımlardan biri isə 10 sənədin imzalanması olub. Bu sənədlərdə bir sıra qərarlar,razılaşmalar öz əksini tapmışdır. Sənədlərin içərisində Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum çox vacib hesab olunur. Tərəfdaşlıq münasibətlərinin yaradılması hər iki ölkə üçün də müsbət nəticələr verəcəkdir.
İki ölkənin hədəfi beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi və daha da inkişaf etdirilməsi , habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrin olması hesabına qurulmuşdur. Hansı ki bu əlaqələr iki dövləti daha da yaxınlaşdırmışdır. Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəmizə səfərindən məmnun qalmışdır və bu münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam etdirməyin vacibliyini qeyd etmişdir.

Nəsimi rayon sakini
Mamedova Fəridə




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki