image-a22311e8-5ed3-44f2-9b15-75d1a7f93704backend

Xəzər – dostluq və əməkdaşlıq dənizi

image-reklam_sirab_01

 

 

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının keçirildi. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçıları Xəzər dənizində əməkdaşlığa, aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Xəzərin ekoloji problemlərinə  dair müzakirələr aparıblar.

Azərbaycan hər zaman Xəzər dənizinə sahilyanı ölkələrlə dostluğu və əməkdaşlığı daha da möhkəmləndirən bir imkan kimi yanaşıb. Ölkəmizin həyata keçirdiyi enerji və nəqliyyat layihələri, nəhəng logistik infrastrukturun yaradılması Xəzəryanı dövlətlər arasında iqtisadi inteqrasiyanı gücləndirib, onların Xəzər dənizi vasitəsilə Avropa və dünya bazarlarına  çıxışına böyük töhfələr verib.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında”  Konvensiya ölkəmizin milli maraqlarını təminatı baxımından böyük uğurudur. Bu konvensiya ilə 20 ildən artıq davam edən danışıqlara yekun vuruldu, Xəzərin hüquqi statusu müəyyən olundu.

4 il əvvəl Aktauda imzalanan konvensiya isə Xəzərin təhlükəsizlik və sabitlik dənizinə çevrilməsi üçün hüquqi baza yaratdı, bu bölgədə mehriban qonşuluğu, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək üçün yeni imkanlara yol açdı. Ötən dövrün mənzərəsi göstərir ki, indi sahilyanı dövlətlər arasında münasibətlər daha da möhkəmlənib. Prezident İlham Əliyevin VI Zirvə Toplantısında qeyd etdiyi kimi, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.

Aşqabadda keçirilən VI Zirvə Toplantısı vacib müzakirələrlə yadda qaldı. “Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır” deyən Prezident İlham Əliyev ölkəmizin bu məsələyə verdiyi töhfələri diqqətə çatdırıb.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsidir. Zəngəzur dəhlizi isə Xəzəryanı dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və şaxələnməsinə yol açacaq.

Bütövlükdə Azərbaycanın həyata keçirdiyi layihələr Xəzəryanı ölkələrin əməkdaşlığını daha da dərinləşdirir. O cümlədən respublikamızda görülən işlər Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensialın olduğunu göstərir.

Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki