image-e34278fe-c816-4cbc-8d6d-23c509566792backend

Xəzərin ekoloji cəhətdən təmizlənməsi işinə öz töhfəmizi verməyə davam edəcəyik

image-reklam_sirab_01

Xəzərin ekoloji cəhətdən təmizlənməsi işinə öz töhfəmizi verməyə davam edəcəyik.

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının VI Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. Xəzəryanı dövlətlərin dövlət başçılarının VI Zirvə toplantısını açıq elan edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Xəzər günü” ilə eyni vaxtda keçirilən Sammitin əhəmiyyətindən danışdı. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış edərək bildirdi ki :”Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir”. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər.

Xəzərin təbii resurslarla, neft-qaz, karbohidrogen ehtiyatları ilə zəngin olması, bu ehtiyatların hasilatının artırılması sahilyanı dövlətlərin iqtisadi potensialını yüksəldir. Zəngin balıq növlərinin mövcudluğu Xəzərin iqtisadi potensialını daha da artırır. Dünyada istehsal olunan kürü ehtiyatlarının böyük bir qismi Xəzərdən alınır. Digər tərəfdən, olduqca böyük iqtisadi potensialı ilə yanaşı, Xəzərin həmçinin regionun qabaqcıl infrastruktura sahib nəqliyyat qovşağına çevrilməsi imkanları da getdikcə artır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsini nəzərə alsaq Xəzər dənizi nəinki yalnız Xəzəryanı ölkələr üçün, tranzit baxımından, xüsusilə neft-qaz daşınmaları, kənd təsərrüfatı məhsullarının daşınması, məhsul tranziti baxımından dünyanın bir çox ölkələri üçün çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizin də sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Yusubova Təravət

Nəsimi rayon sakini

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki