image-8d841d6d-01f0-4276-9adf-ca6bdafde84bbackend

Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətlər inkişaf etdirilir

image-reklam_sirab_01

Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətlər inkişaf etdirilir

 

29 iyun tarixində Türkmənistanın paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçirilib. VI Zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib.

Hal-hazırda Xəzəryanı dövlətlər dünyanın mərkəzinə çevrilib. Pandemiya dövründə nəqliyyat və logistika ilə bağlı yaranan problemlər Avropa ilə Asiya arasında əmtəə mübadiləsində Xəzəryanı dövlətlərin əhəmiyyətini artırıb. Bu, xüsusilə Azərbaycanın önəmini artırıb. Belə bir vəziyyətdə Xəzəryanı dövlətlərin əməkdaşlığına ehtiyac vardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev VI Zirvə Toplantısındakı çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti keçirilən Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirdi. Heç şübhəsiz sadalananlar çox vacib, əhəmiyyətli istiqamətlərdir. Öndə isə təhlükəsizlik gəlir. Azərbaycanın nəinki regionda, ümumiyyətlə, qlobal məkanda sülhə, təhlükəsizliyə töhfə vermək istiqamətində faydalı əməkdaşlığı, səyləri, atdığı addımlar göz qabağındadır. Bu mənada dövlət başçımızın Xəzəryanı ölkələrlə bu mövzularda əməkdaşlıq etməsi əlavə üstünlüklər vəd edir.

Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Azərbaycan Prezidenti regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirib, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulayıb. Eyni zamanda Türkmənistan-Azərbaycan əlaqələrindən bəhs edərkən ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirib ki, bu əlaqələri yüksək qiymətləndirir.

Xəzərin mühafizəsi, canlı aləminin, dəniz suyunun “yad” ünsürlərdən qorunması ilə bağlı fikirlərini bildirən cənab Prezident İlham Əliyev çıxışında vurğulamışdır: “Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir”.

 

Aysel Mənsimova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki