image-bayramovbackend

XİN başçısı Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

image-reklam_sirab_01

Azərbaycan son bir neçə ildə nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub. Bunu xarici işlər naziri Ceyhun Bayramov dənizə çıxışı olmayan və inkişaf etməkdə olan ölkələrin xarici işlər nazirlərinin illik toplantısında bildirib.

“Dünya İqtisadi Forumunun məlumatına görə, bu addımlar sayəsində Azərbaycan hazırda yolların keyfiyyətinə görə dünyada 27-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdədir. İllik 6,5 milyon ton yük daşıma qabiliyyətinə malik olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Çin ilə Cənub-Şərqi Avropa ölkələri arasında daşınma müddətini 70% azaltmağa imkan verir. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 100 milyon konteyner də daxil olmaqla yükləmə gücü ildə 10 milyon tondur. Əlavə olaraq 260-dan çox gəmisi olan Azərbaycan, Xəzər dənizində ən böyük ticarət donanmasına da sahibdir. Azərbaycan logistika və tranzit qovşağı rolu üçün lazımi infrastrukturun qurulması məqsədilə çox səy göstərib və bu proses bu gün də davam edir”, – XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və firavanlıq üçün yeni perspektivlər açır: “10 Noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusi olaraq bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı. Kommunikasiyaların bərpası bütün tərəfdaşlar üçün qazanclı bir vəziyyətdir və daha geniş Xəzər dənizi coğrafiyasının əhəmiyyətini artırır. Azad edilmiş ərazilərimizdə yaranan nəqliyyat qovşağı Trans-Avrasiya nəqliyyat layihələri çərçivəsində bütün Cənubi Qafqazın mövqeyini gücləndirəcək. Yeni quru xətti – Azərbaycanla Türkiyə arasında Zəngəzur dəhlizi, mövcud ticarət və nəqliyyat əlaqələrinə əlavə olaraq xidmət edəcək”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki