image-1backend

Xoşbəxt olmaq istəyənlər bunları etsin

image-reklam_sirab_01

2023-cü ildə dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiyada insanların xoşbəxtlik sirləri üzə çıxıb. Finlandiyada yaşayan psixoloq və filosof Frank Martela bununla bağlı fikirlərini bölüşüb. O, xoşbəxt olmaq üçün riayət edilməli olan 3 qaydanı açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, 2023-cü ilin Dünya Xoşbəxtlik Hesabatına görə Finlandiya artıq beşinci dəfədir siyahıya liderlik edir.

Psixoloqun fikrincə insanlar bu üç qaydaya əməl etsələr, xoşbəxt yaşayacaqlar.

Başqaları üçün yaxşılıq etmək

Martela vurğulayır ki, xoşbəxtliyə nail olmaq üçün hər gün başqaları üçün yaxşılıq etməyə çalışmalısan. Ətrafınızda sizə əhəmiyyət vermən və sizin qayğınıza qalan insanların olması sizi xoşbəxt edir. Yaxşılıq etməyin vacibliyini vurğulayan Martela “Kiməsə kömək edəndə və başqaları üzərində müsbət təsir yaratdıqda, öz xoşbəxtliyiniz və məna duyğunuz artır” deyib.

Məqsədiniz olmalıdır

Məqsəd tapmaq çox vaxt asan olmasa da, cəmiyyətin xeyrinə cavab axtarmaq vacibdir. Martela deyir ki, güclü məqsəd hissi həm də pis vəziyyətlərə dözməyi asanlaşdırır. Qarşınıza məqsədlər qoyun və ona çatmağa çalışın.

Bağlılıq duyğusu

Psixoloqun sözlərinə görə, kimə və ya nəyəsə bağlılıq insanda yaşama sevincini artırır. Yaşadığınız yerə bağlısınızsa, orda qalmaq üçün çalışacaqsınız. Bir insana bağlısınızsa, həyat eşqiniz artacaq. Araşdırmalar göstərir ki, dostlar və ailə ilə vaxt keçirmək həyatı daha da yaxşılaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki