image-yapbackend

YAP Ağstafa rayon təşkilatının təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

image-reklam_sirab_01
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, rayon Ağsaqqallar Şurasının əməkdaşları, qazilər, ərazi partiya təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra tədbir YAP Ağstafa rayon təşkilatının qərargahında davam etdirilib.

Öncə partiyamızın qurucusu, ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı 1993-cü il iyul ayının 24-də təsis edilmişdir. O, rayon təşkilatının fəaliyyətindən, qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib, rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Daha sonra çıxış edənlər partiyamızın keçdiyi şərəfli inkişaf yolundan geniş bəhs ediblər.

Tədbirin sonunda YAP-ın sıralarına yeni qoşulanlara partiyanın üzvlük vəsiqələri təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki