image-reklam-veteninfo
image-photo-2022-03-05-15-00-29-1backend

YAP-ın əsas meyarları-PEŞƏKARLIQ DÖVLƏTÇİLİK VƏTƏNPƏRVƏRLİK

image-reklam-veteninfo

Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı.YAP Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) nail olunmasında böyük nailiyyətlər əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.
Dövlətçilik
Dövlətin mövcudluğu müəyyən sərhədlər və iqtisadi-coğrafi amillərlə bağlı olmaqla yanaşı, eyni zamanda tarixi ənənələrə söykənir. Mürəkkəb geostrateji məkanda yerləşən Azərbaycanın torpaqları tarixən vaxtaşırı işğalçıların hücumlarına məruz qalsa da, xalqımız həmişə dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarıb.Azərbaycan xalqının ictimai-siyasi fikir tarixində, milli mənlik şüurunda dövlətçiliklə bağlı sabit mənəvi dəyərlər formalaşıb. Dövlətçilik tarixi-ictimai təşkilatlanmanın və mədəniyyətin ən yüksək formasıdır. Müstəqil dövlətçiliyin qorunması yolunda varislik, vətənpərvərlik, fədakarlıq və əzmkarlıq göstərmək YAP-ın fəaliyyətində xüsusi yer tutur. Buna görə də partiya:
Azərbaycan dövlətinin inkişafında xalqın iradəsini əsas götürməyi;
ölkənin maddi və intellektual potensialına əsaslanmaqla hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirməyi;
siyasi-tarixi ənənələri inkişaf etdirərək, müstəqil dövlətçiliyin qorunmasını və dövlət maraqlarının öncüllüyünü əsas prinsiplər olaraq hesab edir.
Peşəkarlıq
İctimai-siyasi sahədə peşəkarlıq amili özünün aktuallığı ilə seçilir və cəmiyyətdə gedən proseslərə yaradıcı, kreativ yanaşmanı şərtləndirir. Sağlam rəqabət mühiti siyasi münasibətlərdə iştirak edən tərəflərdən yüksək siyasi peşəkarlıq tələb edir.Peşəkarlıq qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün hadisə və proseslərin mahiyyətinin obyektiv qiymətləndirilməsini, təhlilini nəzərdə tutur. Müasir dövrün çağırışları, elmi-texniki yeniliklər, informasiya cəmiyyətinin tələbləri, ölkəmizdə aparılan çoxşaxəli islahatlar və ictimai münasibətlərin yüksək inkişaf səviyyəsi peşəkarlığın fəaliyyət meyarı kimi əhəmiyyətini artırır.YAP həm partiyanın üzvləri, həm də siyasi münasibətlərdə iştirak edən bütün tərəflər arasında əlaqələrin peşəkarlıq meyarına əsaslanaraq inkişafını təşviq edir.
YAP ümumxalq partiyası olaraq qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirəcəkdir.

HÜMBƏTLİ FİRUZƏ—YAP-ın üzvü




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki