image-1668977345_qafarov-2-2backend

YAP-ın fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır – Kəmaləddin Qafarov 

image-reklam_sirab_01
“Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar”.

Bu fikirləri  Milli Məclisin deputatı Kəmaləddin Qafarov səsləndirib. Millət vəkili bildirib ki, əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi:

“Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki