image-10backend

YAP sədrinin müavini: “Azərbaycan sabitlik adasına çevrilib”

image-reklam_sirab_01

“Ölkəmizin tarixi nailliyyətlər qazanması daxili və xarici siyasətin həyata keçirilməsi nəticəsində mümükün olub”.

Vətəninfo.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın dinamik, inamlı inkişafı Heydər Əliyev siyasətini müstəqil müstəvidə davam etdirən İlham Əliyevin adı ilə bağlıdır: “İlham Əliyevin rəhbərlik etdiyi son 18 ildə Azərbaycan dünyanın diqqətini cəlb edib. Azərbaycan onun liderliyi ilə sabitlik adasına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı isə iqtidar-xalq birliyidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki