image-8581fbf0-e77c-3b91-979c-c9865328aee3_850backend

Yaponiya Rusiyanın Uzaq Şərqdəki hərbi aktivliyindən narahatlığını bildirib

image-reklam_sirab_01

Yaponiya Rusiyanın Kuril adalarında silahlarının sayını artmasından narahatdır.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin illik hesabatında – “Ağ kitab”da deyilir.

“Rusiya Silahlı Qüvvələrinin Yaponiya ətrafında hərbi aktivliyində artım, eləcə də Uzaq Şərqdə ən son növ silahların yerləşdirilməsinə davam etmək tendensiyası var. Bu tendensiyaları yüksək narahatlıqla izləmək lazımdır”, – sənəddə vurğulanır.

Hesabatda Rusiya-Çin birgə təlimləri, xüsusən Yaponiyanın ərazi sərhədinə bitişik rayonlarda patrul aparılması qeyd olunur.

Sənəddə həmçinin “Bastion” sahil raket sistemlərinin yerləşdirilməsi və Oxot dənizində təlimlərin keçirilməsini göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki