image-c550b95a-ca75-3c04-be39-67f382ea318b_850backend

Yaponiyanın Baş naziri hökumətdə dəyişiklik edəcək

image-reklam_sirab_01

Yaponiyanın baş naziri Fumio Kişida son bir neçə həftə ərzində səsvermələrdə əhalinin dəstəyinin azalması fonunda hökumətdə və hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində dəyişiklik edəcək.

Bildirilib ki, hakimiyyət orqanlarının üzləşdiyi problemlər daxili məsələlərlə, o cümlədən inflyasiya və siyasətçilərin mübahisəli “Birlik Kilsəsi” dini təşkilatı ilə əlaqələri barədə hesabatlarla bağlıdır.

Qeyd olunub ki, bu səbəbdən kadr dəyişikliyindən sonra ölkənin xarici siyasətində dəyişikliklər gözlənilmir.

Eyni zamanda iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiudanın LDP siyasi şurasının rəhbəri vəzifəsinə gətiriləcəyi qeyd edilir. Mütəxəssislərin rəyinə görə, bu vəzifə üç nazir portfelinə bərabərdir. Onun yerinə isə Yasutoşi Nişimuranın təyin ediləcəyi bildirilir. Hazırda LDP-nin siyasi şurasına rəhbərlik edən və sabiq Baş nazir Şinzo Abenin yaxın adamlarından biri hesab edilən Sanae Takaiçinin iqtisadi təhlükəsizlik naziri təyin olunacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki