image-5c320f84-44a2-48c8-89ee-8210bdd46883backend

Yaxşı gələcək naminə “Gözəl şəhərlər”

image-reklam_sirab_01

Yaxşı gələcək naminə “Gözəl şəhərlər”

2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvlüyünün 30 illiyi tamam olması ilə əlaqədar cari ilin mart ayında Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Bakı və Azərbaycanın digər şəhərlərinin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunmuşdu. Bakının gözəlliyi isə göz oxşayan memarlıq abidəsinə bənzəyir.

Ermənistanın vəhşilikləri nəticəsində dağıdılaraq talan olunmuş milli-mənəvi dəyərlərimiz və torpaqlarımız urbisid və kultytsidin bariz nümunəsinə çevrilmişdir. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Bu vandalizmə baxmayaraq Azərbaycan həmişə sülh tərəfdaşlığı üzrə addımlar atmış məhz sülh danışıqları üçün irəli sürülən 5 əsas prinsip bunun bariz göstəricisidir. Lakin buna baxmayaraq rəsmi İrəvanın hərbi Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilmcinayətləri sülh dövrübdədə davam etməkdədir. Yenidənqurma işləri zamanı torpaqlarımızın milyondan artıq minadan təmizlənməsi zamanı, 220 – dən artıq soydaşımız mina partlaması nəticəsində həlak olmuş və ağır yaralanmışdır.

Bu ərazilərdə müasir şəhər planlaşdırılması sürətli şəkildə həyata keçirilir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları tətbiq edilir. İlk pilot layihə isə Zəngilan rayonu ərazisində Ağalı kəndində reallaşdırılmışdır. Zəngilan və Laçın rayonlarında hazırda 2 hava limanının tikintisi davam edir. Yenidənqurma siyasətinin əsas məqsədi şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraitinin vəhdət təşkil etməsinə fokuslanmışdır.

 

 

İsmayılov Aygün / YAP- üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki