image-f0671066-cb18-37fa-9506-49b638460874_850backend

Yəməndə atəşkəs daha 2 ay uzadılıb

image-reklam_sirab_01

Yəməndəki münaqişə tərəfləri atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.

bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib.

Onun sözlərinə görə, atəşkəsi 2 oktyabr 2022-ci il tarixinədək uzadılıb.

Qrundberq vurğulayıb ki, razılaşma atəşkəsin bitməsinə bir neçə saat qalmış əldə olunub.

Xatırladaq ki, Yəməndə vətəndaş müharibəsi 2015-ci ildən davam edir. BMT-nin hesabatlarına görə, müharibə başlayandan 2021-ci ilin sonuna qədər 377 min insan hərbi əməliyyatların qurbanı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki