image-cavidbackend

Yeni Azərbaycan Partiyası yeni başlanğıclara start verib-MİLLƏT VƏKİLİ

image-reklam_sirab_01

“Sentyarın 10-da Yeni Azərbaycan Partiyasının genişləndirilmiş şəkildə keçirilən idarə heyətinin iclası bir sıra vacib yeniliklərlə yadda qalıb. İlk dəfə olaraq Yeni Azərbaycan Partiyasının istər Mərkəzi Aparatının, istər onun yerli təşkilat strukturlarının, Gənclər Birliyinin və yeni yaradılmış Veteranlar Şurasının əsasnamələri müzakirə və təsdiq olunub”.

Bu fikirləri Veteninfo.az-a açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, bununla paralel olaraq da məhz, Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayonlarının təşkilat sədrləri təyinat alıb: “Yeni Azərbaycan Partiyası özünün yeddinci qurultayını 5 mart 2021-ci il tarixdə keçirdi. Bu qurultay özü bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra ölkədə, o cümlədən bölgədə yaranmış yeni reallıqlara uyğun partiyada öz işini təkmilləşdirməyi hədəfləyib və bunların fonunda bir sıra vacib qərarlar qəbul olunub. Yeni Azərbaycan Partiyasının yaranmış yeni reallıqlar fonunda hədəfə çatmaq üçün lazımı addımlar atmaqdadır. Yeni təyinatlar partiyamızın həyatında bu günə kimi rol oynamış insanlardır. Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında alınan qərara əsasən burda çalışan şəxslərin əsas iş yeri partiya olmalıdır. Bu da bundan sonrakı mərhələdə partiyanın daha geniş spektrdə fəaliyyət göstərəcəyindən xəbər verir. Qəbul olunan qərardan açıq şəkildə görürük ki, qarşıda çox böyük hədəflər var. Partiyamızın sədri cənab İlham Əliyevin, o cümlədən ölkəmizin Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının birinci müavini Mehriban xanım Əliyevanın bu istiqamətdə çox vacib tapşırıqları mövcuddur və bu tapşırıqların yerinə yetirilməsi və ölkədə yaranmış yeni reallığa uyğun bu cür təyinatlar həyata keçirilib”.
C.Osmanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasında da digər sahələrdə olduğu kimi yeni başlanğıclara start verilib: “İstər partiyanın sonuncu qurultayında qəbul olunmuş qərarlar, istərsə də partiyanın tərkibinin yenilənməsi istiqamətində atılan addımlar keyfiyyətcə yeni mərhələnin başlanğıcından xəbər verir. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının qarşıda duran əsas vəzifələrdən biri ölkədə keçirilən bütün ictimai-siyasi proseslərdə yaxından iştirak etmək, o cümlədən də ölkədə keçiriləcək bütün seçkilərdə hədəfə çatmaq və qalibiyyətlə başa vurmaq üçün ən vacib sayılan məsələlərdəndir. Növbəti parlament, bələdiyyə seçilərinə də məhz, Yeni Azərbaycan Partiyası yenilənmiş formatda daha böyük uğurlara imza atmaq üçün partiyanın sıralarının genişləndirilməsi, keyfiyyətcə yeni, işlək mexanizmlərin tətbiq olunması və partiyanın rəhbər orqanlarının yenilənməsi bu istiqamətdə atılan addımlardandır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki