image-2b33297f-80f2-3ef4-81e1-f5d4be04416e_850backend

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

image-reklam_sirab_01

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb.

yarışda 9 idmançı ilə təmsil olunan yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Milli üzvlərindən 5-i fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla 3-cü olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki