image-68d9f9e0-1d13-48ed-a5c1-f3743f110893backend

Yunus Oğuza I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində TÜRKSOY tərəfindən “Çingiz Aytmatov” medalı təqdim edildi

image-reklam_sirab_01

Bu gün Azərbaycan Yazıçılar Birliyində 26-28 may tarixlərində keçirilən I Türk Dünyası və Ədəbiyyat Festivalının iştirakçıları və festivalın təşkilində əməyi keçən şəxslər mükafatlandırılıb.

Olaylar.az xəbər verir ki, tədbirdə ki, bir sıra yazıçı-publisist, media nümayəndələri, tələbələr və ASAN Xidmət könüllüləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb.
Tədbir dəyərli xalq yazıçımız Anarın çıxışı ilə başlayıb. O iştirakçılara festival müddətində göstərdikləri xidmətə görə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri və I Türk Dünyası və Ədəbiyyat Festivalının təşkilatçısı Xəyal Rzaya “Bəxtiyar Vahabzadə” mükafatını təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid, tənqidçi  İntiqam Qasımzadə, Nizami Tağısoy Türksoy tərəfindən “Molla Pənah Vaqif” medalı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazıçı-publisist Yunus Oğuz “Çingiz Aytmatov” medalı, gənc şair Ramil Əhməd “Aşıq Veysəl” medalı ilə təltif olunub.
Daha sonra tələbələr I Türk Dünyası və Ədəbiyyat Festivalında iştiraka görə sertifikatlarla mükafatlandırılıb.
Sonda xatirə şəkli çəkilib və tələbələrə yazıçı Anarın kitabları hədiyyə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki