image-db791702-073a-4251-b565-4e4a77159630backend

Yunus Oğuzun “Cığır”ı Azərbaycanı gəzməyə davam edir – FOTOLAR

image-reklam_sirab_01

Sentyabrın 22-si Gəncə şəhərində tarixi romanlar yazarı, publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü keçirilib.

Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın – “Cığır”ın da müzakirə olunduğu tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, AMEA Gəncə bölməsinin diyarşünaslıq institutunun tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Azər İbrahimov, Vətən müharibəsi qəhrəmanı 1991-ci il təvəllüdlü şəhid Seyidzadə Mirhüseynin atası Miryunis Seyidzadə və İkinci Qarabağ Müharibəsi qəhrəmanlarından ehtiyatda olan kapitan, qazi Mətin Abdinov və bir sıra qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı Gülnar Rzayeva Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına, şəhid ailələri və qazilərə məlumat verdikdən sonra qonaqlar “Cığır” romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda şəhid ailələri və qazilərə “Cığır” romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki