image-f97c988a-7cb4-3b49-9313-b9d288eecd2d_850backend

Zaporojye AES-in Ukrayna şəbəkəsinə qoşulması bərpa edilib

image-reklam_sirab_01

Zaporojye AES-in Ukrayna şəbəkəsinə qoşulması bərpa edilib.

Bu barədə “RBC-Ukraina” xəbər verir.

AES “Dneprovska” hava xətti ilə əlaqəni bərpa edib. Eyni zamanda, Zaporojye AES qonşu İES-dən gələn 330 kV-luq xəttə qoşulmuş qalır ki, bu da zəruri hallarda ehtiyat elektrik enerjisi ilə təmin edə bilər.

Elektrik verilişində yaranan fasilələr nəticəsində iki əməliyyat bloku elektrik şəbəkəsindən ayrılıb və onların fövqəladə hallardan mühafizə sistemləri işə salınıb, eyni zamanda bütün təhlükəsizlik sistemləri işlək vəziyyətdə qalıb.

Bildirilir ki, elektrik xətti bərpa edildikdən sonra bütün altı aqreqat şəbəkədən ayrılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki