image-42backend

Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək

image-reklam_sirab_01

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki