image-reklam-veteninfo
image-621e014c7fc4c621e014c7fc4d1646133580621e014c7fc48621e014c7fc4abackend

Zelenski Kiyev Hərbi Administrasiyasına rəhbər təyin edib

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Hərbi Administrasiyasına rəhbər təyin edib.

Bu barədə Ukrayna Prezidenti xalqa müraciətində bildirib.

“Paytaxtın müdafiəsi hər şeydən üstündür. Ona görə də müharibə müddətində Kiyev Şəhər Hərbi İdarəsinin rəisi vəzifəsinə peşəkar hərbçi təyin etmək qərarına gəldim”, – o deyib.

Zelenski bildirib ki, general Mikolay Jernov Kiyev Hərbi Administrasiyasının rəhbəri təyin olunub, o, Kiyev meri Vitali Kliçko ilə işləyəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki