image-060527eb-f6f5-35e2-9809-3627e3af709f_850backend

Zelenski müdafiə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə qapalı görüş keçirib

image-reklam_sirab_01

Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə qapalı rejimdə görüş keçirib.

bu barədə Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

İclasda Ukrayna Silahlı Qüvvələrin, kəşfiyyat orqanlarının, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin və digər müdafiə qüvvələrinin rəhbərləri iştirak ediblər.

Qeyd edilir ki, müdafiə idarələrinin rəhbərləri cəbhədəki əməliyyat şəraiti barədə məlumatları dinləyib, müzakirə edib, təhlükəsizlik və müdafiənin digər məsələlərini nəzərdən keçirib, həmçinin Ali Baş Komandanın əvvəlki sərəncamlarının icra vəziyyətini müzakirə ediblər.

Prezident Ofisindən verilən məlumata görə, görüş zamanı Ukrayna ordusunun ehtiyacları və ölkənin müxtəlif səviyyələrdə beynəlxalq tərəfdaşları ilə koordinasiya məsələləri müzakirə olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki