image-6246df22-16a8-3882-a21c-1b960508adc4_850backend

Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı xəbərdarlıq edib

image-reklam_sirab_01

“Ukraynalılara ölkənin Müstəqillik Günündə təhlükəsizlik qaydalarına riayət etmək və hava hücumu siqnallarına etinasız yanaşmamaq tövsiyə olunur, çünki Rusiya işğalçıları sərt hücumlara əl ata bilər”.

bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

“Sabah (bu gün-red) hamımız üçün vacib gündür. Və buna görə də bu gün təəssüf ki, düşmənimiz üçün də vacibdir. Biz bilməliyik ki, sabah Rusiyanın iyrənc təxribatları və qəddar zərbələri mümkündür”, – dövlət başçısı deyib.

Zelenski qeyd edib ki, Ukrayna ordusu, kəşfiyyatı və xüsusi xidmət orqanları mülki əhalinin müdafiəsi üçün hər şeyi edəcək. O əlavə edib ki, “Ukrayna Rusiya terrorunun istənilən təzahürünə mütləq cavab verəcək”.

Prezident ukraynalılardan təhlükəsizlik qaydalarına xüsusilə riayət etməyi xahiş edib.

“Xahiş edirəm komendant saatı qaydalarına riayət edin. Hava hücumu ilə bağlı xəbərdarlıqlara diqqət yetirin. Rəsmi mesajlara diqqət yetirin. Və unutmayın: qələbəyə hamımız birlikdə çatmalıyıq”, – o deyib.

Xatırladaq ki, Zelenski daha əvvəl avqustun 23-24-də Ukrayna şəhərlərinə hücumlar olacağı təqdirdə Rusiyaya güclüs cavab veriləcəyini deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki