image-20d5c950-a57f-3218-a134-305deb33ac23_850backend

Zelenski onlarla yaşayış məntəqəsinin işğaldan azad olunduğunu açıqlayıb

image-reklam_sirab_01

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirir – bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib.

Bu barədə dövlət başçısı ənənəvi videomüraciətində danışıb.

Onun sözlərinə görə, təkcə bu həftə onlarla yaşayış məntəqəsi artıq Rusiyanın “psevdoreferendumundan azad edilib”:

“Bu, Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində baş verib”.

V.Zelenski xatırladıb ki, Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Bolşaya və Malaya Aleksandrovka və Davidov Brod yaşayış məntəqələri azad edilib:

“Bu heç də tam siyahı deyil… Döyüşçülərimiz dayanmır. İşğalçını bütün torpaqlarımızdan qovmağımız sadəcə zaman məsələsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki