image-5ddcfbf3-c03f-3a27-a367-00feae2da682_850backend

Zelenski Putinlə danışıqlarla bağlı tələb irəli sürüb

image-reklam_sirab_01

Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ərazisində keçirilmiş “referendumlar”ın tanınması və sonrakı danışıqlarla bağlı ultimatum verib.

Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasının yayımına istinadən xəbər verilir.

Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, əgər Rusiya “referendumlar”ın nəticələrini tanısa, bu zaman onun və Putinin danışacaq başqa heç nəyi yoxdur.

“Rusiya Federasiyasının bu psevdoreferendumlara normal çağırışı, qondarma “Krım ssenarisi”nin həyata keçirilməsi, ərazilərin ilhaqına növbəti cəhd o demək olacaq ki, bizim Rusiya Prezidenti Vladimir Putinlə danışacaq heç nə yoxdur”, – Zelenski deyib.

Prezidentin sözlərinə görə, ilhaq Putini bəşəriyyətlə üz-üzə qoyan addımdır. Buna görə də dünyanın hər bir ölkəsindən cavab siqnalları tələb olunur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki