image-2d55a5f7-c68c-311c-b176-d2c866085391_850backend

Zelenski rusiyalı əsgərlərə səslənib: “Yaşamaq istəyirsinizsə, qaçın”

image-reklam_sirab_01

“Cəbhədəki vəziyyət tam aydındır. Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsalar yaxşıdır”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, – dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, rusiyalılar “onsuz da çox şeydən məhrum olub”:

“Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə – səfərbərlik”.

O, ölkənin düşmənlərini Ukrayna torpağına çıxmamağa, həmçinin Ukrayna ruhuna və Ukrayna mədəniyyətinə toxunmamağa çağırıb

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki