image-55d90cca-d805-3b23-9cf2-3a8a38bc2243_850backend

Zelenski Ukrayna ordusunun bir nömrəli hədəfini açıqlayıb

image-reklam_sirab_01

“Bu gün Ukrayna Silahlı Qüvvələrinin bir nömrəli hədəfi Donetsk vilayətidir. Ukrayna hərbçiləri işğalçıların fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edir”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bunu deyib.

“Əsas hədəfimiz indi oradır, çünki Donbas hələ də işğalçılar üçün bir nömrəli hədəfdir”, – Ukrayna Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti daim əsgərləri silah və sursatla təmin etmək üçün çalışır.

“Ukrayna ordusunun bütün aktiv hərəkətləri yüksək dəqiqlikli silahların istifadəsi ilə sinxronlaşdırılmalıdır. Bu, əsas prioritetlərdən biridir”, – Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki