image-d7bbf8b1-e0a9-36ad-a09d-739a10867f8d_850backend

Zelenski: “Ukrayna taxıl əkə bilməsə, məhsul olmasa, qarşıdakı illərdə nə edəcəyik?”

image-reklam_sirab_01

“Əgər Ukrayna taxıl əkə bilməsə və məhsul olmasa, qarşıdakı illərdə nə edəcəyik? Biz təhdidedici vəziyyətə düşəcəyik”.

bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “L’Express” jurnalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna taxılının ixracı üçün yaradılan dəniz dəhlizi öz bəhrəsini verməyə başlayıb.

“BMT-nin təşəbbüsü ilə iyul razılaşmalarına uyğun olaraq yaradılan dəniz dəhlizi öz bəhrəsini verməyə başlayıb. Bu, ixracımıza ümid nəfəsi verir. Onlarla gəmi artıq limanları tərk edib və biz bu prosesi sürətləndirmək üçün əlimizdən gələni edirik”, – Ukrayna Prezidenti vurğulayıb.

Bununla belə, o, qarşıdakı hər şeylə bağlı ətraflı qərar verilmədiyini qeyd edib.

Eyni zamanda dövlət başçısı Avropanın Rusiyadan asılılığından xilas olmaq üçün bu ölkənin təbii qazından tamamilə imtina etməli olduğunu diqqətə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki