image-b0b42ea3-76f6-32ea-b089-2147592d22a9_850backend

Zelenski: “Ukrayna taxılı aclıq astanasında olan Efiopiya xalqına çatdırılacaq”

image-reklam_sirab_01

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna taxılı Cibuti limanına yetişib və aclıqdan ölmək üzrə olan Efiopiya xalqına çatdırılacaq.

Bu barədə Veteninfo “İnterfaks Ukraina”ya istinadən xəbər verir.

“Bu gün mən Ukraynaya Afrika ölkələrinin ərzaq təhlükəsizliyinin əsl qarantı statusunu qaytaran bütün fermerlərimizə, liman işçilərimizə, diplomatlarımıza, məmurlarımıza təşəkkür etmək istəyirəm. BMT-nin Ərzaq Proqramı çərçivəsində 23 min ton Ukrayna buğdası artıq Cibuti limanına gəlib. Və son 40 ilin ən pis quraqlığını yaşayan və milyonlarla sakini aclıq astanasında olan Efiopiyaya çatdırılacaq”, – dövlət başçısı videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna Ərəbistan yarımadası ölkələri ilə də müvafiq əlaqələri qaytarır – Yəmənə təxminən 40 min ton buğda göndərilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki