image-f71fb4e4-7503-3521-8aca-a66bcbb65bae_850backend

Zelenski Ukraynanın təmas qrupundakı nümayəndə heyətini ləğv edib

image-reklam_sirab_01

Prezident Volodimir Zelenski Ukraynanın şərqindəki vəziyyəti həll etmək üçün ölkənin təmas qrupundakı nümayəndə heyətini rəsmən ləğv edib.

bununla bağlı müvafiq sərəncamlar cümə axşamı dövlət başçısının saytında yerləşdirilib.

“Ukrayna Prezidentinin 5 may 2020-ci il tarixli 167/2020 nömrəli “Ukraynanın Üçtərəfli Əlaqə Qrupunda iştirak etmək üçün nümayəndə heyəti haqqında” Fərmanı qüvvədən düşmüş hesab edilsin”, – sənəddə deyilir.

Ümumilikdə, dünənki fərman Ukrayna nümayəndə heyətinin təmas qrupunda fəaliyyəti və heyətin tərkibi ilə bağlı 2020-2021-ci illər üzrə Prezidentin altı fərmanını ləğv edir.

Sənəd dərc edildiyi gündən qüvvəyə minib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki