image-fd6a5fe9-19fd-3d56-bbc9-b7f4b9310650_850backend

Zelenski: Yeni “referendumlar” Rusiya üçün danışıqlar imkanının qarşısını alır

image-reklam_sirab_01

İşğal olunmuş ərazilərdə keçiriləcək yeni qondarma “referendumlar” Rusiya Federasiyası üçün həm Ukrayna, həm də sivil dünya ilə danışıqlar imkanlarının qarşısını alır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti müraciətində deyib.

“İşğalçıların zəbt etdikləri ölkəimizin cənubundakı ərazilərində psevdoreferendumlara hazırlaşmaları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: işğalçılara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs Ukrayna qarşısında cavab verəcəklər”, – o qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə Ukrayna dövlətinin mövqeyi dəyişməz olaraq qalır.

“Biz özümüzdən heç nə verməyəcəyik və əgər işğalçılar bu psevdoreferendumlara əməl etsələr, onda Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını qapayacaqlar ki, bu da nə vaxtsa Rusiya tərəfinə mütləq lazımdır”, – Zelenski əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki