image-2bc5c444-3254-4780-83cf-570f5116858dbackend

Zəngəzur dəhlizi

image-reklam_sirab_01

Zəngəzur dəhlizi

Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi bir  mahaldır. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi.

44 gün davam Vətən müharibəsi təkcə Ermənistan ordusunun darma dağın etməklə, ağır məğlubiyyəti və torpaqlarımızdan qovulması ilə nəticələnmədi, eyni zamanda, illər əvvəl  Ermənistana  güzəştə gedilmiş,  bolşeviklər tərəfindən əlimizdən alınmış Zəngəzur məsələsini də gündəmə gətirdi.Muharibədən öncə  Qarabağla bağlı danışıqlar masasında olmayan Zəngəzur dəhlizi məsələsi 2020-ci ilin 10 noyabr razılaşmasının bəndlərindən birinə çevrildi. İndi biz sadəcə  Qarabağda möhkəmlənmədik ,eyni zamanda  10 noyabr bəynaməsinə əsasən Zəngəzur dəhlizinin açılması ilə, Naxçıvanla birbaşa əlaqənin yaranmasi, Türk dünyasının quru sərhədlərinin birləşməsi ilə nəticələn bilər.Buna görədə  Zəngəzur dəhlizinin yaradılması vacibdir və Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.Ali baş komandan İlham Əliyev Zəngəzur məsələsinə toxunaraq demişdir:”Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.Ermənilər tərəfindən 101 il bundan əvvəl zorla qopardıqları,hər zaman olduğu kimi özəlləşdirməyə çalışdiqlari bizim doğma tarixi torpaq­larımıza qayıtmağımızın təməli artıq qoyulub. İllər əvvəl bizə mümkünsuz kimi gələn, xəyal kimi görünən,  bu məsələ son 100 ildə heç bir vaxt bu qədər gerçəkləşməyə yaxın olmayıb.

7 İyul 2021-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. İqtisadi rayonlar bütövlükdə bölgənin və seçilmiş coğrafiyanın iqtisadi inkişafı baxımından vacibdir. Dövlət proqramları hazırlanan zaman isə iqtisadi rayonlarla bağlı daha ünvanlı proqramlar həyata keçirmək mümkün olur. Zəngilan rayonu da Şərqi Zəngəzur iqtisadi rayonun tərkibindədir. Bu iqtisadi rayon təbii ehtiyatlarla zəngin olan ərazimizdir. Orada qızıl, mis, inşaat materialları, dəmir ehtiyatları var. Bu ehtiyatlar nəticə etibarilə həmin ərazilərimizdə yeni istehsal sahələrinin, xüsusən də sənaye müəssisələrinin yaradılmasına imkan verəcək. Digər vacib məqamlardan biri Şərqi Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə formalaşdırılacaq Zəngəzur dəhlizinə çıxışı imkanlarıdır. Bildiyiniz kimi, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını (Ordubad rayonunu) birləşdirəcək. Bu da həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək. Bu, nəqliyyat və logistik imkanlar baxımından vacibdir.

 

Nəsimi rayon sakini Hüseynli Billurə

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki