image-zengezurbackend

Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək

image-reklam_sirab_01

Möhtərəm Prezident cənab İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.
Türkiyə-Azərbaycan üçün o cümlədən bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələri olduqca perspektivlidir. Ona görə də, bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri olmalı və dayanıqlı inkişaf istehsal mərkəzləri formalaşmalıdır. Bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir.
Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 9 noyabr tarixində imzalanmış bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Bu dəhlizin inşasına başlanması tarixi naliyyət kimi qeyd olunur. Zəngəzur dəhlizi ərazi deyil, nəqliyyat dəhlizi rolunu oynayacaqdır. Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini gözləyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq, həm də türkdilli ölkələr üçün əlavə imkanlar yaradacaq. İlham Əliyev öz çıxışında bildirib ki, ermınistan tərəfi istəsə də istəməsə də bu dəhliz inşa olunacaq və hərkəsə məlumdur ki, tarixən bu torpaqlar Azərbaycana məxsus olub. 2-ci qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyat, nəqliyyat, kommunikasiya və infrastruktur layihələrinin tərtibinə başlanıb. Prezident İlham Əliyev onların arasında ən vacib imkan yaradacaq olan layihənin nəqliyyat olduğunu bildirib. Bunlar arasında Zəngəzur dəhlizi böyük önəm kəsb edir. Çünki Zəngəzur dəhlizinin icrası təkcə Azərbaycan üçün deyil bütün türkdilli ölkələr üçün də vacib imkanlar yaradacaq əgər şərtlərə uyğun davransalar ermənistanda bu imkanlardan faydalana bilər. Zəngəzur dəhlizinin əhəmiyyətinin prezident ilham əliyev ilk dəfə 2009-cu ildə vurğulamışdır. Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək bu dəhlizin yaranması bütün dünya üçün əhəmiyyətli olacaqdır türkdilli dövlətlərlə əlaqələrimiz güclənəcək yeni layihələrə imkan yaranacaq. Müharibənin başa çatması nəticəsində geniş imkanlar yarandı və artıq Zəngəzur dəhlizi üzərində fəal işlər aparılır. Biz inanırıq ki, bu dəhlizin inşası bizim gözləntilərimizi doğruldacaq.

 

Əlizadə Zeynəb Kamran qızı
Nəsimi rayon


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki