image-photo-2021-10-28-21-52-32backend

Zəngilana qayıtmaq yolunda bütün imkanlar səfərbər olunub

image-reklam_sirab_01

 

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatlar ilə qısa müddət ərzində Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Zəngilanlılar öz dədə-baba torpaqlarına qovuşdular.

Bu gün Zəngilana yollar çəkilmiş, ərazilər minalardan təmizlənmişdir. Ərazidə əkin sahəsi üçün ayrılmış 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılmışdır. Artıq ən böyük və maraqlı layihələrdən biri də məhz elə Zəngilan şəhərində həyata keçirilir. Bunlardan ən əsası Zəngilan rayonunun hava limanının inşası, digər isə  Ağalı kəndində qurulan “Ağıllı kənd” layihəsidir. Belə ki, kifayət qədər yüksək məbləğ tələb edən  layihə olması ilə bərabər özündə sakinlər üçün çox geniş imkanlar əks etdirir.

Plana əsasən  layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri isə artıq yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq. Həmçinin burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək ki,bunlardan biri də, ictimai fermanın qurulmasıdır. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək. Zəngilandan sürətlə həyata keçirilən işlərdən biri də hərbi kompleksinin qurumasıdır. Artıq işlər tamamlanıb,hər tərəfli şərait qurulub və  əsgər və hərbiçilər burada xidmətlərini davam etdirirlər. Bütün bu işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaxından izləyir. Bütün potensial imkanlar  rayonda tez bir zamanda işlərin keyfiyyətlə yekunlaşması və sakinlərin tam məmnunluqla öz evlərinə qayıtması istiqamətində səfərbər olunub.

Vətən müharibəsi dövründə müharibənin sonuna qədər dəstəyini əsirgəməyən dost Türkiyə,bu gün də “Böyük Qayıdış” planında Azərbaycanla bərabər Qarabağda  işlər həyata keçirir. Qarabağda yolların salınması işlərini məhz elə Türkiyə şirkətləri aparır. Qarabağa oktyabrın 26-da səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar. Bu layihə həm iqtisadi əhəmiyyət həm də xüsusi mənəvi dəyər kəsb edir. Üç mərhələdə icra olunacaq bu möhtəşəm layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək ki,bu da Azərbaycan-Türkiyə arasında iqtisadi əməkdaşlıq sahəsində xüsusi yer tutacaq və bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – İsmayılova Ayşən


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki