image-reklam-veteninfo
image-photo-2022-04-26-22-48-26backend

ZƏRƏF QURULTAYININ TARİXİ MİSSİYASI

image-reklam-veteninfo

 Ötən dövrə nəzər salsaq xatırlayarıq ki, 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının birinci Qurultayında Ulu Öndər Heydər Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, torpaqlarının işğaldan azad olunacağını və insanların öz torpaqlarına qayıdacağını demişdi. Sonrakı müddətdə keçirilmiş qurultaylar dünya azərbaycanlılarını bu vahid ideya ətrafında birləşdirdi və nəhayət, Ümummilli Lider Heydər Əliyevin fikirlərinin davamçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə söylənilənləri gerçəyə çevirdi, müzəffər, qalib xalq adını qazandı.

Dünya Azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev də Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirirdi. Prezident İlham Əliyev bütün vədləri kimi bu sözünü də yerinə yetirdi və Qarabağı işğaldan azad etdi, xalqa qələbə hissini yaşatdı. Elə bu səbəbdən də, Dünya Azərbaycanlılarının V Qurultayı əvvəlki 4 Qurultayın məntiqi yekunu, qələbə, zəfər toplantısı oldu. Burada diqqət çəkən məqam da xalqın etimadını doğrultmuş lider, vahid ideya ətrafında birləşmiş xalq və qazanılmış zəfər oldu. Müharibədə zəfər əldə olundu, Şuşaya aparan yol Zəfər yolu adlandırıldı, ölkəmizin müxtəlif guşələrində Zəfər Muzeylərinin yaradıldı, Dünya Azərbaycanlılarının toplantısı da Zəfər qurultayı kimi tarixə düşdü. Məhz buna görə də, Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən Prezident İlham Əliyev dedi ki, “Zəfər adı xalqımıza çox yaraşır”.

Bu qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi əhəmiyyətə malik idi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Və hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyurmuş hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşadı.

Hazırda Azərbaycanın ərazi bütövlüyünün bərpası və postmünaqişə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca vəzifəsidir. Unutmamalıyıq ki, Azərbaycan xalqı otuz il işğal edilmiş ölkənin vətəndaşları kimi yaşayıb. Lakin bu gün vəziyyət tam başqadır. Azərbaycan xalqı bu gün müzəffər xalq kimi qəbul edilir və bundan sonra da Azərbaycan dövləti qalib dövlət olaraq yaşayacaq. Bu mənada, qalib xalqın Zəfər Qurultayı da perspektiv uğurların təməl daşına çevrildi və postmünaqişə dövrü də yeni uğurlar, nailiyyətlərlə yadda qaldı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki