Xalq artisti Zülfiyyə Xanbabayeva “Sonuncu oyun” mahnısını və ona çəkdirdiyi klip təqdim edib.
Axşam.az xəbər verir ki, bəstənin musiqisi Ramin Əli, sözləri Qafar Heydərliyə məxsusdur. Ekran işinin rejissorluğu Delee Orucluya həvalə edilib.
Z.Xanbabayeva bildirib ki, mahnı təklifi Ramindən gəlib:
“Hər zaman keyfiyyətin tərəfdarıyam. Həm səs, həm də video baxımından hər mənada aktual görünəcək bir işi təqdim etmək istədik. Çox çalışdıq, amma qiyməti əlbəttə ki, tamaşaçı verəcək”.