XX əsrin ən qanlı faciələrindən olan Xocalı qətliamının 30-cu il dönümü qeyd edilir. Erməni millətçiləri və faşistləri bir gecənin içində uşaqlar, qadınlar, qocalar olmaqla dinc Azərbaycan şəhəri tamamilə məhv edildi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər.Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər — əksəriyyət yüngül geyimdə qaçdılar. Onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər. Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi
1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi, heç şübhəsiz, erməni vandalizminin bariz nümunəsidir. Qətliam zamanı qadın, uşaq və qocaların xüsusi qəddarlıqla öldürülməsi, əsir və girov götürülmüş insanların amansız işgəncələrə məruz qalması, 8 ailənin tamamilə məhv edilməsi və digər faktlar bu faciənin bəşəriyyətə qarşı cinayət və soyqırımı olduğunu göstərir.
İlk dəfə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar ardıcıl işlər görülür. Hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə Xocalı faciəsinin ildönümü tədbirlərinin yüksək səviyyədə keçirilməsi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir.
Bakı Slavyan Universiteti
Allahverdiyeva Əfsanə


























