Dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır.
Xocalı soyqırımının dünya olkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad. Hal-hazırda Xocalı soyqırımını dunyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması,Eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq Aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa , Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdu.
Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar .2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib.
Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25–26-da baş vermiş faciə soyqırım adlandırıb. Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə Səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.Çexiya 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanımışdir.Bosniya və Herseqovina 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina Parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır. Peru 2013-cü ilin 14 iyununda Peru parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Honduras 2014-cü ilin 17 yanvar tarixində Honduras parlamenti Xocalı soyqırımını Tanıyan №303–2013 saylı qərar qəbul edib İordaniya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib.Faciəni qətliam kimi tanıyan ABŞ ştatları Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyənat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı. İndiyədək ABŞ-ın 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib. 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın Törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci ildə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 2011-ci ildə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
Əhmədov Məhmədiyə, YAP- ın üzvü


























