image-reklam-veteninfo
image-6215db3bc45ad6215db3bc45ae16455995472a18e776b475d45ec783cd95c7c855c7backend

Arvadına 22 bıçaq vuraraq öldürən şəxsə hökm oxunub

image-reklam-veteninfo

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Veteninfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y. Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,, hadisə ötən il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

1980-cı il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki