image-irevanbackend

Azərbaycan ordusuna əsir düən terrorçuların ailələri  prospekti bağladı-İRƏVANDA

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,44 günlük müharibə zamanı Azərbaycan ordusu tərəfindən darmadağın edilən işğalçı Ermənistan ordusunun itkin və əsir düşən əsgər və zabitlərin ailələri İrəvanda Baqramyan prospektini bağlayıblar

 

SputnikArmenia  hadisə yerindən xəbər verir ki,etirazın səbəbi Ermənistan parlamentinin sədri Alen Simonyanın 20 nəfərlik nümayəndə heyəti ilə görüşməkdən və ya yaxınlarının yanına çıxmaqdan imtina etməsi olub.

 

“Bizə dedilər ki, ikisini qəbul edəcək. Biz bununla razı deyilik, o, bütün valideynlərə cavab verməlidir. Biz isə etiraz olaraq prospekti bağlayırıq”, – aksiya iştirakçılarından biri deyib.

 

Lakin Ermənistan parlamentinin binasında növbətçilik edən polis əməkdaşları və vaxtında gələn köməkçiları sürətlə oradan dartıb çıxarıb.

 

Qeyd edək ki, aksiyanın keçirilməsinə səbəb,Ermənistan parlamentinin sədri Alen Simonyanın itgin və əsir düşən Ermənistan ordusunun əsgər və zabitləri ilə bağlı özünün razılığı olmadan çəkilən vidosu olub. Alen Simonyanın həmin video çəkilişdə əsir düşənləri xəyanətdə ittiham edir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki