image-reklam-veteninfo
image-6215e741543836215e74154384164560262569929edc125954912c540c3c59e02be2backend

Azərbaycana indiyədək nə qədər COVID-19 vaksini gətirildiyi məlum olub

image-reklam-veteninfo

Azərbaycana indiyədək gətirilən COVID-19 əleyhinə vaksinlərin miqdarı açıqlanıb.

Veetninfo.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə məlumat verib.

O bildirib ki, fevralın 15-nə olan məlumata əsasən, ölkəyə 4 növ üzrə 18 137 790 doza vaksin daxil olub: “Vaksinlərdən 15 35 0000 doza “CoronaVac”, 2 114 190 doza “Pfizer”, 453600 doza “Astra-Zeneca”, 220000 doza isə “Sputnik V” olub.

Onun sözlərinə görə, respublika üzrə paylanılan vaksinlərin miqdarı isə 12 478 050 doza olub. Ə.Cəfərov qeyd edib ki, indiyədək respublika üzrə 12115732 doza “CoronaVac”, 333 607 doza “Pfizer”, 9731 doza “Astra-Zeneca”, 18980 doza “Sputnik V” vaksini istifadə olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki