image-maxresdefaultbackend

Azərbaycanlı müğənni karantin qaydalarını pozdu – Video

image-reklam_sirab_01

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) Tatarıstanda konsert verib.

Veteninfo.az xəbər verir ki, Tatarıstanın Respublika Günü münasibətilə keçirilən tədbir açıq havada baş tutub. Gecəni izləməyə yüz mindən çox tamaşaçı qatılıb.

İfaçını izləməyə gələnlər isə təşkilatçılıqdan narazı qalıblar. Bildirilib ki, tədbirdə karantin qaydalarına riayət edilməyib. Konsertdən görüntüləri iştitakçılar da sosial şəbəkədə yayımlayaraq, tənqid ediblər. Onlar Jony-nin çıxışından zövq aldıqlarını bildirsələr də, koronovirusla bağlı narahatçılıqlarını da gizlətməyiblər.

Tatarıstan saytları koronovirusdan ölənlərin sayının artdığı ərəfədə konsertdə ara məsafənin olmadığını, maska taxılmadığını yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image