image-078591e4-2600-356c-8274-1a4dcde6a936_850backend

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

image-reklam_sirab_01

Azərbaycanlı mütəxəssis Novruz Əzimovun baş məşqçi olduğu “Dinamo-Avto” Moldova Kubokunda mübarizəni dayandırıb.

Tiraspol təmsilçisi 1/8 finalda evdə aşağı liqa klubu “Univer-Oquzsport”a 0:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Matçın əsas vaxtı qolsuz başa çatıb. 93 və 100-cü dəqiqələrdə fərqlənən qonaqlar 1/4 finala yüksəliblər.

Oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşən Əzimov məğlubiyyətə görə məyus olduğunu bildirib: “Kim matça daha düzgün yanaşırsa, o da uğur qazanır. Futbolçulara dəfələrlə demişəm ki, rəqiblərə yuxarıdan aşağı baxmasınlar. Amma hərdən belə də olur və elita təmsilçisi aşağı dəstə komandasına uduzur. Təbii ki, bu məğlubiyyət bizi çox incidir. Lakin bu, qismətdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki