image-1backend

Bayram tətili otellərdə neçəyə başa gəlir? – VİDEO

image-reklam_sirab_01

İstirahət günlərini xoş və mənalı keçirtmək istəyən turistlərin ən çox üz tutduğu yerlərdən biri də Qubadır. Quba rayonu mülayim iqlimi, sıx meşələri, çınqıllı-daşlı çayları və təkrarsız mənzərələri ilə turistləri həmişə heyran edib. Bu baxımdan böyük turizm potensialına malik Qubada bayram günləri ilə əlaqədar istirahət məkanları artıq öz qapılarını turistlərin üzünə açıb. Qubaya istirahətə gələn turistlər buranın gözəl təbiəti ilə bərabər, regionun mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.

Turistlərin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il istirahət mərkəzlərində sıxlıq müşahidə edilmir. Bu səbəbdən də onlar yer tapmaqda çətinlik çəkmirlər.

Əvvəlki dövrlərlə müqayisədə rayona üz tutan turistlərin az olmasını istirahət mərkəzlərindən də təsdiqləyirlər. Onlar bunu bayram günlərinin ramazan ayına təsadüf etməsi ilə izah edirlər.

Qeyd edək ki, hazırda Qubaya gələn turistlər 5 turizm marşurutu üzrə hərəkət edirlər. Turistlər daha çox Quba-Qəçreş-Xınalıq və Quba-Təngəaltı-Afurca istiqamətlərinə üstünlük verirlər. Qiymətlərə gəldik də isə hazırda Qubada 1 otaqli koteclərdə bir günlük istirahət 40-60 manat, 2 və 3 otaqlı koteclərdə isə 70-130 manat təşkil edir. Bu qiymərtlərə yalnız səhər yeməyi daxildir. Orta hesabla götürsək adam başına, 3 dəfə yemək daxil olmaqla bir günlük istirahət üçün 120-200 manat xərcləmək lazım gəlir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image