image-reklam-veteninfo
image-photo-2022-02-22-09-19-30backend

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası

image-reklam-veteninfo

Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər qüvvələri. Xeyir qüvvələrinin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. Ulu Öndərimiz vaxtilə məşhur bir müsahibəsində demişdir: “Qoy ədalət zəfər çalsın!” Əlbəttə ki, bütün bunlar mənəviyyata bağlı məsələlərdir. Mənəviyyat haradadır, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük , nəciblik, alicənablıq kimi keyfiyyətlər də ordadır. Bu gün bu kimi nəcib missiyanı, yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasız həyata keçirən insanların arasında Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, xoşməramlı səfiri olaraq ön sırada Mehriban xanım dayanır.
Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Mehriban xanımın sosial , humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tendem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyət dövründə, Mehriban xanım Əliyeva, qısa müddətdə öz peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizm və hadisələrə genişmiqyaslı baxışıilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.
Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanımın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağını şərtləndirən əsas amillərdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsiyyətinə çoxcəhətli fəaliyyətinə beynəlxalq aləmdə maraq yetərincədir. Eyni zamanda gözəllik, nəciblik , intellektuallıq, xeyirxahlıq, mərhəmət, insanlarla ünsiyyət qurmaq bacarığı kimi keyfiyyətləri unikal formada özünüzdə birləşdirmişdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm can sağlığı, firəvanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri, perspektivli məqsəd və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq əzmi olan Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi yüksək dövlət vəzifəsindəki uğurlu işini alqışlayırıq.
Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadınhüquqlarının yüksək səviyyədə təmin edilməsidir.”Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ənbaşlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”. Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqınrifahının yüksəlməsi əsasında quran AzərbaycanınBirinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti, UNESKO-nun və İSESKO-nunxoşməramlı səfiri Mehriban Əliyevaya məxsusdur.
Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı, xalqın rifahınaminə gördüyü işlər Azərbaycan qadınınınuğurla fəaliyyət göstərməsinə bariz nümunəolaraq, beynəlxalq aləmdə sonsuz rəğbətləqarşılanır. Qərb dünyası Mehriban ƏliyevanıŞərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimitanıyaraq, onun simasında Azərbaycan qadınınınictimai-siyasi həyatda oynadığı rolunəhəmiyyətini görür.

Hörmətlə: Bakı şəhəri, Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin direktoru  əməkdar müəllim

Sevinc Budaq qızı Budaqova.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki