İranın vitse-prezidenti Cavad Zərif Qəzzadakı müharibənin sona çatması üçün digər ölkələrlə əməkdaşlığa hazır olduqlarını bildirib.
”Mehr” xəbər agentliyinin yaydığı məlumatna görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-ın Nyu-York ştatında səfərdə olan Cavad Zərif gündəmdəki aktual mövzularla bağlı sualları cavablandırıb.
Cavad Zərif deyib:”Biz öz vətəndaşlarımız və digər ölkələrin vətəndaşları üçün daha dinc və sabit bir dünyaya doğru irəliləmək istəyirik. Biz müharibə axtarmırıq, ancaq özümüzü müdafiə edəcəyik”.
Qəzzadakı müharibənin sona çatması üçün İranın digər ölkələrlə əməkdaşlığa hazır olduğunu vurğulayan Cavad Zərif deyib: “Beynəlxalq ictimaiyyət Qəzza müharibəsini sona çatdırmaq üçün bizi balanslı davranmağa çağırdı, lakin atəşkəs razılaşması ilə bağlı vədini heç vaxt həyata keçirilmədi”.
Qeyd edək ki, İsrailin bir ilə yaxındır Qəzza zolağına təşkil etdiyi hücumlarda 41 mindən çox fələstinli həyatını itirib.