image-1backend

Elektron siqaret məhsulları üzrə yeni standard qəbul edilib

image-reklam_sirab_01

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS 941:2023 “Elektron Siqaret Məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı qəbul edilib.

Son dövrlərdə müxtəlif növ elektron siqaretlərin, o cümlədən veyp məhsullarının (buxarlanma yolu ilə nikotin və digər maddələrin istehlak edilməsini təmin edən qurğular) istifadəçilərinin sayında əhəmiyyətli artımın olması əhalinin sağlamlığı, istehlakçı hüquqlarının müdafiəsi və məhsulların minimum keyfiyyət tələbləri nəzərə alınmaqla bu sahənin qanunvericilik qaydasında tənzimlənməsinə və müvafiq standartın qəbul olunmasına əsas vermişdir.

Qəbul olunan standart elektron siqaretlərin cihazına, tərkibində istifadə olunan xammal və mayeyə, eləcə də markalanma və qablaşdırmaya dair tələbləri müəyyən edir.

Qeyd edək ki, AZS 941:2023 “Elektron Siqaret Məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı Avropa İttifaqının tütün və əlaqəli məhsulların istehsalı, təqdimatı və satışı ilə bağlı Direktivləri (EU TPD 2014/40/EU Directives) və CMR xassələri, GHS təsnifatı ilə bağlı Maddələrin və Qatqıların Təsnifatı, Etiketlənmə və Qablaşdırma nizamnaməsinə (CLP Regulation on substances and mixtures (EC) No 1272/2008) uyğun hazırlanmışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki